Xaqani Məmmədovdan bəd xəbər
01.08.2011 - 12:37
Xaqani Məmmədovdan bəd xəbər
Azərbaycan yığmasının sabiq futbolçusu Xaqani Məmmədov karyerasını bitirmək təhlükəsi ilə üz-üzə qalıb. Apasport.az saytının məlumatına görə, 35 yaşlı futbolçu Türkiyədə müayinədən keçib.

3-4 aydan çoxdur ki, əl ağacı ilə gəzən Xaqani Məmmədova bu vəziyyətdə davam etmək məsləhət görüb. O ən azından daha 6-7 həftə hərəkətsiz qalacaq.

Məhz bundan sonra Xaqaniyə yüngül qaçışlara icazə veriləcək. Əlbəttə ki, bu proseslərə qədər Azərbaycanda “transfer pəncərəsi” bağlanacaq. Bu da Xaqaninin praktiki olaraq, futbolla vidalaşması anlamında başa düşülür. Xaqani özü də saytımıza açıqlamasında məşqçiliyə başlamaq niyyətində olduğunu deyib: "Çox güman ki, karyeramı bitirirəm".

Qeyd edək ki, Xaqani "Xəzər Lənkəran", "Neftçi", "Şəmkir" və "Olimpik-Şüvəlan" klublarının formasını geyinib.