“İlk “altılığ”a düşmək üçün mübarizə aparacağıq”
01.08.2011 - 13:03
“Finalda qələbə qazanmaq istəyirdik. Ancaq alınmadı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Kəpəz” klubunun qapıçısı Elşən Poladov deyib.
İlk dəfə keçirilən “Jalə” Beynəlxalq Futbol Turnirinin açılış matçında “Spartak”la (Sxinvali) üz-üzə gələn “Kəpəz” inamlı qələbə sayəsində finalına vəsiqə qazandı. Həlledici matçda “Qəbələ”ni üstələyən “Dila” ilə münasibətlərini aydınlaşdıran əyalət təmsilçisi minimal hesablı məğlubiyyətdən qaça bilmədi (0:1).
Turnir haqda xoş sözlər deyən təcrübəli qapıçı mövsümöncəsi bu cür oyunların komandaya müsbət təsir etdiyini bildirib: “Turnirin təşkilatçılarına təşəkkürümü bildirirəm. Maraqlı oyunlar oldu. Çempionata hazırlıq zamanı belə oyunlar komandaya xeyirlidir. Biz də çatışmayan cəhətlərimizi müəyyənləşdiririk”.
Komandanın xüsusilə də cinahlarının axsadığını bildirən Poladov bunu aradan qaldırmayacaqları təqdirdə, çempionatda çətin olacağını vurğulayıb: “Komandamızda xüsusilə də yarımmüdafiənin cinahları gücləndirilməlidir. Yoxsa, işimiz çətin olacaq”.
Məqsədləri barədə də danışan qolkiper artıq qarşıya konkret vəzifənin qoyulduğunu deyib: “İlk “altılığ”a düşmək üçün mübarizə aparacağıq. Çətin olacaq, ancaq bunu reallaşdırmağa çalışacağıq”.

0
0