Rəşad Sadiqov “Qarabağ”ın hazırlığına qatıldı
01.08.2011 - 13:30
“Qarabağ”ın kapitanı Rəşad Sadiqov komandanın hazırlığına qatılıb. Apasport.az saytının məlumatına görə, Avroliqanın III təsnifat mərhələsində “Brügge” ilə Belçikadakı oyunda qardaşının vəfatı ilə əlaqədar iştirak etməyən yarımmüdafiəçisi komandanın düşərgəsinə qoşularaq, məşqlərə başlayıb.
“Brugge” ilə cavab görüşünə hazırlığa başlayan “Qarabağ” ilk məşqini Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirib. Saat yarım davam edən məşq prosesinə “Brügge” ilə matçın əvvəlində zədələnərək, əvəzlənən Vüqar Nadirov qatılmayıb. Əvəzində 3 həftəyə yaxın oynamayan digər gənc hücumçu Tural İsgəndərov kollektiv çalışmalarda yer alıb.

0
0