İtaliyalılar futbolçumuzu görəndə şoka düşüblər
01.08.2011 - 13:52
“Komanda yoldaşım Ələkbər Məmmədov “Milan”la oyunda qızışdı. O, ağzınacan dolu “San Siro” stadionunun tribunaları qarşısında 4 qol vurdu”. Apasport.az saytının məlumatına görə, bu fikriləri Moskva “Dinamo”sunun sabiq futbolçusu Viktor Tsarev deyib.
Rusiyanın əməkdar idman ustası “Dinamo” ilə yanaşı, SSRİ yığmasında da komanda yoldaşı olduğu azərbaycanlı Ələkbər Məmmədovu xatırlayıb.
O, veteran hücumçumuzun karyerasına ən uğurlu oyunu - “Milan”a İtaliyada 4:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşü haqda xatirələrini bölüşüb: “Məmmədovun qollarından sonra stadionda səs-küy idi. Biz oyundan sonra Milandan Florensiyaya getdik. Orada isə biz jurnalist kütləsi qarşıladı. Onlar bizdən “Sizdə Məmmədov kimdir? O, haradadır?” deyə Məmmədovu soruşdular. Bu zamanı onların qarşısına bəstəboy, təvazökar oğlan çıxanda, italyanlar şokda idilər”.
“Dinamo”nun veteranlar şöbəsinin rəhbəri olan Tsarev həmyerlimiz kimi “Dinamo”nun 50-ci illərinin “qızıl heyəti”indən sağ qalan 3 futbolçudan 2-dir.
Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin üzvü olan 81 yaşlı Məmmədov milli komandamızın ilk baş məşqçilərindən biridir.

0
0