Rusiya yığmasının Azərbaycandan geri qalacağına inananlar varmış
01.08.2011 - 14:24
Rusiya yığmasının Azərbaycandan geri qalacağına inananlar varmış
Rusiyanın sportbox.ru saytı bu ölkənin milli komandasının DÇ-2014-ün seçmə mərhələsində hansı yeri tutacağı ilə bağlı sorğu keçirib. Apasport.az saytının məlumatına görə, respondentlərin 8 faizi bizlərin də marağına səbəb olunan seçim edib.

Belə ki, onların fikrincə, Rusiya yığması növbəti seçmə mərhələsinə böyük uğursuzluğa düçar olaraq, qrupda heç bir komandanı, o cümlədən Azərbaycan və Lüksemburq yığmasını da qabaqlaya bilməyəcək.

Saytın 43 faiz oxucusu hesab edir ki, ruslar qrupda mübarizəni 2-ci yerdə başa vuracaq və final mərhələsinə pley-off oyunlarında qalib gəlməklə, çıxacaqlar. 29 faiz milli komandalarının qrup qalibi olacağına inanır. 24 faiz ilə belə ehtimal edir ki, Rusiya yığması 2-ci yeri tutaraq, pley-off oyunlarında uduzacaq.