“Neftçi”nin futbolçusu “Barselona”da məşqə çıxdı
01.08.2011 - 14:40
"Neftçi"nin futbolçusu Fəhmin Muradbəyli “Barselona”nın heyətində ilk məşqə çıxıb. Apasport.az-ın “Neftçi”nin rəsmi saytına istinadən məlumatına görə, bir müddətdir İspaniyada olan yeniyetmə futbolçumuz dünyanın ən güclü klublarından birinin nəzdində keçirilən intensiv Yay Futbol Məktəbinin hazırlıq prosesində ilk məşqinə çıxıb.
Fəhmin İslam Kərimovun rəhbərliyi altında "Neftçi"nin U-15 komandasının üzvü idi. İstedadlı futbolçu həm "ağ-qaralar”ın əvəzedici heyətinə cəlb olunub, həm də Çempionlar Liqasının qalibi olan "Barselona"nın bazasında keçirilən Yay Futbol Məktəbinin məşqlərinə qoşulub.
Qeyd edək ki, Muradbəyli avqustun 12-dək davam edəcək məşqlərə qatılan yeganə azərbaycanlıdır.

- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
0
0