Berti Foqts “Frayburq”un futbolçusunu millimizə çağırıdı
01.08.2011 - 15:45
Azərbaycan milli komandasının bu gün Bakıda başlayan təlim-məşq toplanışına daha bir futbolçu dəvət olunub. Apasport.az saytının məlumatına görə, Almaniyanın “Frayburq” klubunun hücumçusu Ufuk Budak sabahdan yığmamızın hazırlığına qatılacaq. Ufuk Almaniyada oynayan türk futbolçularındandır ki, AFFA-nın apardığı seleksiya işi nəticəsində onda Azərbaycan kökü aşkarlanıb.
Budak hələ bu ilin mayın 31-də 21 yaşlılardan ibarət yığmamızın (U-21) moldovalı həmyaşıdları ilə yoldaşlıq görüşündə sınanmışdı. O, U-21-mizin avqustun 1-dən 4-dək Bakıdakı təlim-məşq toplanışına çağırılsa da, millimizin baş məşqçisi Berti Foqts onu öz komandasında sınamağı qərara alıb.

0
0