“Qarabağ” – Brügge” oyununun biletləri satışa çıxarıldı
01.08.2011 - 16:59
“Qarabağ” – Brügge” oyununun biletləri satışa çıxarıldı
“Qarabağ”ın Avroliqanın III təsnifat mərhələsinə cavab görüşünə biletlər artıq satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin Belçikanın “Brügge”n klubu ilə avqustun 4-də Bakıda matça biletləri oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışa çıxarılıb. Biletləri eyni zamanda “BöyükFırat” restoranlar şəbəkəsindən də əldə etmək olar. Onların qiyməti dəyişməz qalıb. Belə ki, 1-dən 28-ci kimi sektorlar 1, VİP D-yə biletlər 10 manatdır. 29-32-ci sektorlar dəvətnamə şəklindədir.

Qeyd edək ki, “Qarabağ” səfərdə keçirilən ilk oyunda 1:4 hesabı ilə uduzub.