“Simurq” Mourinyo ilə də uğur qazana bilməz”
01.08.2011 - 17:39
Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Sergey Yuran Qəbələdə olub. Apasport.az saytının məlumatına görə, 1-ci “Jalə” Beynəlxalq Futbol Turnirində “Kəpəz”lə Gürcüstanın “Dila” klubunun final oyununu izləyən ötənlərin məşhur hücumçusu azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb.
- Azərbaycanda növbəti mövsümün startına 1 həftədən az vaxt qaldı. Zaqataladakı ilk hazırlıq prosesini necə dəyərləndirərdiniz?
- Hələ başa çatmayan təlim-məşq toplanışında intensiv rejimdə çalışırıq. Vaxtımız azdır və hər gün məşq keçiririk. İlk oyunumuz avqustun 7-dir və təlim-məşq toplanışımız həmin vaxta kimi davam edəcək. Komandamız Zaqatalanı təmsil etdiyindən, bazamız burada olduğundan, burada da mövsümə hazırlaşırıq.
- Zaqataladakı şərait sizi nə dərəcədə razı saldı?
- Ümumilikdə, yaxşıdır və xoşuma gəlir. Meydançamız süni örtüklü olsa da, hər halda, stadionumuz rahatdır. Fikrimcə, pis təbii qazondansa, yaxşı sintetik meydançanın olması daha yaxşıdır. Əlbəttə, Qəbələdəki kimi təbii örtüklü meydançamız olmağını çox istərdim. Ancaq səmərəli işləməyimiz üçün hər cür şəraitimiz var. Birgə yaşayırıq, bərpa prosesi üçün hovuzumuz var. Bir sözlə, hər şey qaydasındadır.
- “Simurq”un baş məşqçisi təyin olunduqdan sonra qarşınızda çox çətin vəzifə dururdu. Baxışa dəvət olunan 30 futbolçudan yeni komanda qurmalı idiniz. Bu çətin vəzifənin öhdəsindən nə dərəcədə gəldiniz?
- Həqiqətən də qeyd etdiniz kimi, qarşıda heç də asan olmayan vəzifə dururdu. İyulun ortasına kimi “Simurq” güclülər dəstəsində oynayacağı dəqiqləşməmişdi. Buna həmin vaxt kimi aydınlıq gəlməməyi işimizi çətinləşdirirdi. İlk növbədə yerli futbolçuların məsələsinə aydınlıq gətirməyimiz lazım idi. Bu isə çox çətin olsa da, bunu müəyyənləşdirə bildim. Sərəncamında bel bağlaya bildiyim bir qrup futbolçu var ki, onların sayı 20-dir. İndi qarşımızda duran digər vəzifə legionerləri imkan daxilində tez gətirməkdir. Komandamız güclənməyə ehtiyacı var. Mən əvvəl də demişəm ki, legioneri gətirməyin üçün o, yerli futbolçudan güclü olmalıdır. Çempionata 1 həftə qalmış gələcək legionerlərin hansı səviyyədə olduğunu bilmirəm. Bir sözlə, yetərincə problemimiz var. Futbolçuları hazırlayıb, yeni qurulan heyəti oynatmalısan. Şadam ki, bu, çətin anda klubumuzun prezidenti bizə kömək edir. O, komanda ilə yaxından maraqlanır, hazırlığımıza baş çəkir, hər zaman bizimlə əlaqədədir. Hamı başa düşür ki, bəzən tez həll olunası problemlər yaranır. Hər birimiz azarkeşlər qarşısında məsuliyyət daşıyırıq.
- Mövsümün başlanmasına az qaldığını nəzərə alsaq, artıq yaxşı tanıdığınız legionerləri dəvət etmək daha yaxşı olmazdı?
- Bu, kənardan göründüyü kimi asan deyil. Kiminsə klubu ilə müqaviləsi var, kimsə böyük məbləğ istəyir, onun keçidinə görə kompensasiya ödəmək lazımdır. Təəssüf ki, klubumuz belə böyük büdcəyə malik deyil. Bu planda çətinliyimiz olmağı heç kimə sirr deyil. Mən əvvəldən bunları bilirdim, prezident mənə bu mərhələdə kimik büdcənin ayrıldığını demişdi. Buna görə indi havayı futbolçuları, digər komandalardan icarəyə götürmək istəyirik. Bunu gizlətmirəm ki, artıq tanıdığın futbolçuları komandana cəlb etmək daha asan olardı. Ancaq indi klubun imkanlarından çıxış etmək lazımdır. Özü də komandamızın heyətinin mütləq güclənməsinə sadəcə, ehtiyac var. Əgər yeni transferlər olmasa, “Simurq”la hətta Joze Mourinyo ilə uğur qazana bilməz. Öz üzərində işləyib, qarşına maksimal vəzifə qoymaq lazımdır. Ümumiyyətlə, mənə həmişə oynamaq istədiyini deyən futbolçular xoşuma gəlib, daha ona qədər pulu verəcəyimi soruşanlar yox. Bunlar hətta yüksək səviyyəli futbolçular olsa belə, mənə maraqlı deyillər. Belə hərəkət kluba, ümumiyyətlə, Azərbaycan futboluna hörmətsizlikdir. Sən əvvəlcə bacarığını, lazımı səviyyəyə uyğun gəldiyini göstər, sonra pul haqda danışarıq.
- Komanda ilə tanış olduğunuz zaman fiziki hazırlıq üzrə məşqçi, həkim, masajçıya ehtiyacınızın olduğunu demişdiniz. Artıq namizədlərinizi müəyyənləşdirmisiniz?
- Bəli. Ukraynadan həkim gəlib. O, əvvəl “İnter”də işləyib. Prezidentimiz onu tanıdığından, razılaşmağı qərara aldıq. Masajçı da bizə qoşulub. Fiziki hazırlıq üzrə məşqçi Viktor Bannikovu isə hələ “Spartak”da işlədiyi vaxtdan tanıyıram. O, mənimlə 10 ilə yaxın birgə çalışıb. Son vaxtlar Soçinin “Jemçujina” klubunda çalışıb.
- Arxada qalan müddətdə Azərbaycan futbolu haqda özünüzdə necə təsəvvür yarada bilmisiniz?
- Ümumilikdə, müəyyən məlumatlar aldım. Mənə qapıçılarla işləyən məşqçi Nizami Sadıqov kömək edir, komanda haqda danışır. Bundan başqa, ötən mövsümkü oyunların videoyazısına baxıram. Ümumiyyətlə, elə insanam ki, bir çox ölkələrdə oynamışam, işləmişəm və hər vəziyyətə, məkana tez, yaxşı uyğunlaşıram. Buna görə də Azərbaycandakı həyata da tədricən alışıram.
- Qəbələdə keçirilən “Jalə” turniri haqda təəssüratlarınız necə oldu?
- Belə beynəlxalq futbol turnirlərini keçirmək yaxşı təşəbbüsdür. Buna görə təşkilatçılara sağ ol demək lazımdır. Bura yerli komandalarla yanaşı, xarici klublar da dəvət olunur. Bu turnir Çempionata hazırlıq planında əladır. Axı məşqlər ayrıdır, yoxlama oyunları isə həddən artıq vacibdir. Misal biz elə turnirin finalında oynayan “Kəpəz”lə Zaqatalada görüşdük və 2:1 hesabı ilə qalib gəldik. Belə turnirləri təşkil etməyi davam etdirmək lazımdır. Əgər mənim komanda dəvət olunarsa, böyük məmnuniyyətlə gəlib iştirak edərəm.
Mehman SÜLEYMANOV

0
0