“Assioli və Rubin bizim komandaya keçəcək”
01.08.2011 - 21:07
“İnter”in sabiq futbolçuları Andrey Rubinlə Danildo Assioli karyeralarını “Simurq”da davam etdirəcəklər. Apasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisinin baş məşqçisi Sergey Yuran jurnalistlərə açıqlamasında braziliyalı müdafiəçi ilə latviyalı yarımmüdafiəçi sərəncamında görmək istədiyini bildirib.
“Assioli yaxın günlərdə bizə qoşulacaq. O, “İnter”lə transfer məsələlərini həll edir. Rubin də komandamıza gəlir. Onun “Qarabağ”la müqaviləsi var. Belə götürəndə, keçidlə bağlı vəziyyət qaydasındadır, sadəcə, klubundan transfer vərəqini almalıdır” – deyə, Yuran əlavə edib.
Yuran mərkəz mövqelərin güclənmədə ehtiyac olduğunu bildirib. Yəni bunlar mərkəz müdafiəçisi, dayaq yarımmüdafiəçisi və taran tipli hücumçudur.
Digər mövqelərə görə narahat olmayan Yuran Avropadan legionerlərin gələcəyini bildirib: “Kolumbiyadan 24 yaşlı hücumçunun yolunu gözləyirik. Yaxşı karyeraya malikdir. Macarıstan MTK klubundan serbiyalı müdafiəçi gələcək. Çexiyalı müdafiəçi, slovakiyalı futbolçu da gəlməlidir. Sonuncu bizim üçün yaxşı variantdır. O, Almaniyanın I Bundesliqasında “Fortuna”da oynayıb. Ötən mövsümün statistikasına nəzər alsaq, çox oyunlarda iştirak etdiyini görə bilərik. Yarımmüdafiənin sağ cinahında oynayır və bu mövqedə rəqabət yarada bilər. Ancaq istənilən halda, bu legionerlər birbaşa müqaviləyə yox, baxışa gələcəklər. Çünki mən tanımadığım futbolçunu özüm sınamağı üstün tuturam. Bu zaman diskə baxmaqla transfer etməyi yox, onu meydanda, iş başında canlı görmək istəyirəm”.
Qeyd edək ki, Latviya yığmasının üzvü olan Rubin 2008-ci ildən ölkəmizdə oynayır. O, bu müddətdə “İnter”lə çempionluq, gümüş, son 1 ildə şərəfini qoruduğu, sonradan əsas heyətdə yerini itirdiyi “Qarabağ”la bürünc medal qazanıb. Assioli da 3 il öncə ölkəmizə gəlib və bu müddətdə “İnter”lə həmin uğurları qazanıb. Sadəcə, Andreydən fərqli komanda ilə “Birlik kuboku”nu da qazanan braziliyalı müdafiəçi ötən mövsüm daha çox ehtiyatda qalırdı.
Mehman SÜLEYMANOV

0
0