“Mövsümə qələbə ilə başlamaq niyyətindəyik”
01.08.2011 - 23:00
“Neftçi”nin hücumçusu Bahodir Nasimov klubun düşərgəsinə qayıdıb. Apasport.az saytının xəbərinə görə, “ağ-qaralar”ın legioneri Özbəkistan yığmasının heyətində keçirdiyi oyunlarlria bağlı fikirlərini bildirib.
“Milli komandada 2 qol vurduğum üçün qürur hissi keçirirəm. Amma əsas mənim qol vurmağım deyil, komandanın qələbəsidir. Qırğızıstan səddini keçərək, dünya çempionatının seçmə mərhələsinin qrupuna vəsiqə qazandıq. Hazırda çox yüksək əhval-ruhiyyədəyəm. İndi yığmada da daim əsas heyətdə yer almaq üçün çalışacağam. Oyunlardan sonra 2 gün dincəlmişəm, yorğunluğum çıxıb” – deyə, Nasimov əlavə edib.
Bahodir, həmçinin bildirib ki, artıq "Neftçi"nin heyətində"Qarabağ"la oyuna ciddi hazırlaşırlar: “Mövsümə qələbə ilə başlamaq niyyətindəyik. İnşallah, buna nail olacağıq”.

- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
0
0