“Brügge”nin kapitanı: Bütün fikirlərimizi “Qarabağ”la oyuna yönəldəcəyik
01.08.2011 - 23:08
“Brügge”nin kapitanı: Bütün fikirlərimizi “Qarabağ”la oyuna yönəldəcəyik
“Brugge”nin kapitanı Karl Hufkens Belçika çempionatının ilk turunda “Vesterloo” üzərində qazanılan 5:0 hesablı qələbəni şərh edib. Apasport.az saytının xəbərinə görə, avroliqanın III təsnifat mərhələsində cavab oyununda “Qarabağ”ın qonağı olacaq “Brügge”nin futbolçusu bildirib ki, bu hesab yeni mövsüm üçün yaxşı başlanğıcdır: “Vasterloo” ilə oyunda elə anlar olurdu ki, yorğunluq öz sözünü deyirdi. Amma ikinci hissədə qol vurmağı bacardıq. İndi bütün fikirlərimizi Bakıdakı qarşılaşmaya yönəldəcəyik. Hansı ki, onları da ilk oyunda 4:1 yenmişdik. İki oyuna 9 qol vurub, cəmi 1 top buraxmaq, yeni mövsüm üçün çox yaxşı başlanğıcdır”.

Qeyd edək ki, "Qarabağ"la "Brugge" arasındakı cavab görüşü avqustun 4-də Bakıda keçiriləcək.