Yığmamız “Blumfild” stadionuna buraxılmır
02.08.2011 - 08:36
Azərbaycan millisinin DÇ-2014-ün seçmə mərhələsində rəqiblərindən olan İsrail yığmasının ev oyunlarının keçirdiyi “Blumfild” stadionu təmirə bağlanır. Apasport.az saytının məlumatına görə, millimiz “Xəzər Lənkəran”a tanış olan Təl-Əvivdəki bu arenada oynamaya bilər.
Bu ildən İsrail yığmasının əsas stadionu olan həmin məkan 2012-in iyunundan 2013-cü ilin yanvarına kimi yenidənqurma işlərinə görə qapalı olacaq. 16500 min azarkeş tutumuna malik arena 2013-cü ilin yayında İsraildə keçiriləcək gənclər arasında Avropa çempionatının final oyunlarının ərəfəsində yeniləşəcək.
Bununla da noyabrda Lüksemburqda qrupumuz təqviminin müəyyənləşməsindən sonra milli komandamız israillilərlə səfər oyununu gələn ilin payızında keçirməli olarsa, onda görüş “Ramat-Qan”da 42 minlik tutumu olan milli stadionda baş tutacaq.
Qeyd edək ki, “Xəzər Lənkəran” Avroliqanın II təsnifat mərhələsində Təl-Əviv “Makkabi”si ilə “Blumfild”dəki görüşündə 1:3 hesabı ilə uduzdu. Məşhur fransalı mütəxəssis Luis Fernandesin çalışdırdığı İsrail yığması bu arenada cari seçmə mərhələdə keçirdiyi hər 2 ev oyununda (Latviyaya 2:1, Gürcüstana 1:0) qalib gəlib.

0
0