Berti Foqts: Qrupdan çıxmaq şansımız yoxdur
02.08.2011 - 09:19
Berti Foqts: Qrupdan çıxmaq şansımız yoxdur
Azərbaycan millisinin baş məşqçisi Berti Foqts 2014-cü il dünya çempionatının seçmə mərhələsindəki püşkü dəyərləndirib. Apasport.az saytının məlumatına görə, 65 yaşlı almaniyalı mütəxəssis komandamızın çətin qrupa düşdüyünü bildirib.

Foqts Portuqaliya və Rusiya yığmalarını qrupumuzun favoritləri sayır: “Portuqaliya və Rusiya yığması bizdən qat-qat güclüdür. Bizim dünya çempionatına çıxmaq şansımız yoxdur. Əsas vəzifəmiz qrupda imkan daxilində daha çox xal toplamaqdır”.

Qeyd edək ki, iyulun 30-da Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən püşkdə iştirak edən Foqts düşdüyü F qrupunda rəqiblərinin Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya və Lüksemburq yığmalarının olduğunu öyrəndi.