“Azərbaycan yığması hələ qrupdan çıxmağa hazır deyil”
02.08.2011 - 09:52
“Fikrimcə, bu, bizim üçün nə pis, nə də yaxşı püşkdür. Belə götürəndə, orta variantdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya millisinin sabiq kapitanı Aleksandr Mostovoy deyib.
DÇ-2014-cü il seçmə mərhələsinin püşkünü dəyərləndirən ötənlərin məşhur futbolçusu əsas diqqəti Azərbaycan yığmasının da yer aldığı F qrupunun favoriti olan Portuqaliyaya yönəldib: “Digər qruplara nəzər alsaq, işimizin daha çətin olduğunu görərik. Portuqaliya yaxşı yığmadır, favoritdir. İndi çoxları deyir ki, biz istənilən komandanı yenə bilərik. Ancaq komandada Kriştianu Ronaldo kimi futbolçunun olması dərhal onu fərqləndirir. Bəli, portuqaliyalılar çoxdandır yığma səviyyəsində heç nə qazana bilmirlər. Ancaq nə vaxtsa buna son qoymalıdırlar. İspaniya haqda da bunu deyirdilər, həmişə ulduz heyətləri vardı, ancaq uğurları yox idi. İndi görürük ki, ispanlar son 4 ildə dünya futbolunun ən güclü yığmasına çevriliblər. Əsas mübarizə Portuqaliya, Rusiya və İsrail arasında gedəcək. Azərbaycan yığması hələ qrupdan çıxmağa hələ hazır deyil”.
Qeyd edək ki, milli komandamız F qrupunda Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya və Lüksemburqa rəqib olub.

0
0