“Neftçi”nin sabiq baş məşqçisi 80 yaşında - FOTO
02.08.2011 - 11:22
Bu gün tanınmış azərbaycanlı futbolçu Yuri Kuznetsovun yubileyidir. Apasport.az saytının məlumatına görə, futbol həyatının böyük hissəsi “Neftçi”yə bağlı olan keçmiş hücumçunun 80 yaşı tamam olur.
1931-ci il avqustun 2-də Bakıda anadan olan Kuznetsov “ağ-qaralar”ın heyətində (1952-55, 1960-64) 177 oyunda 71 qol vurub. 1955-60-cı illərdə Moskva “Dinamo”sunda oynayaraq, titullarını burada qazanıb.
Belə ki, hücumçu 3 dəfə (1955, 57 və 59-cu illərdə) SSRİ çempionu olub. Kuznetsov son çempionluğu qazandığı ildə cəmi 6 oyun keçirərək 5 qol vursa da, həmin çempionatının ən yaxşı mərkəz hücumçusu seçilib. Həmyerlimiz 2 dəfə SSRİ-nin 33 ən yaxşı komandasına da “Dinamo”dan düşüb - 1955 və 59-cu illərdə. Ancaq zədə üzündən Moskva klubunda 5 ildə cəmi 22 oyunda meydana çıxan, 13 qol vuran Kuznetsov vətənə qayıtmalı olur. 1960-cı ildə “Neftçi”yə dönən futbolçu karyerasını orada bitirib.
“Ötürmə kralı” adı verilən Kuznetsov SSRİ yığmasına düşməsi ilə ilkə imza atıb. Məsələ ondadır ki, 1995-ci ilin fevralında Hindistan yığması ilə 2 yoldaşlıq görüşünə çağırılan həmyerlimiz I liqadan milliyə çağırılan ilk oyunçu kimi adını SSRİ futbol tarixinə yazdırıb. Həmin vaxt “Neftçi” aşağı divizionda oynayırdı və hücumçu 1955-ci ilin avqust-sentyabrında SSRİ yığmasının heyətində 3 rəsmi oyunda meydana çıxıb və 3 qol vurub. Kuznetsov həm millidə, həm də “Neftçi”də həmyerlisi Ələkbər Məmmədovla gözəl tandem təşkil edib.
1962-ci ildə SSRİ-in əməkdar udman ustası adını alıb, Azərbaycanın 70 ildə rəmzi yığmasına düşüb. Kuznetsovun məşqçilik karyerasında da “Dinamo” və “Neftçi” əsas yer alıb. Həmyerlimiz 1966-69, 1977-78-ci illərdə “Dinamo”nun məşqçisi, 1988-ci ildə “Neftçi”nin baş məşqçisi olub. Keçmiş hücumçu həmçinin Polşanın “Qvardiya” (1997-78) klubunu çalışdırıb.

0
0