“Bakı”nın kapitanı karyerasını bitirib, yeni vəzifə gözləyir
02.08.2011 - 11:46
“Bakı”nın sabiq kapitanı Rafael Əmirbəyov peşəkar futbolçu karyerasına son qoyub. Apasport.az saytının məlumatına görə, 35 yaşlı müdafiəçi zədə səbəbindən karyerasını bitirib.
Əmirbəyov cari çempionatda da futbolçu kimi iştirak etmək niyyətində idi. Hətta klubla hazırlığın müəyyən qisminə də qatılmışdı. Amma sonradan fikrindən daşınan futbolçu karyerasını bitirib.
Ancaq o, komandadan ayrılmayıb. Ona klubda yeni vəzifə veriləcək. Veteran futbolçunun konkret hansı işlə məşğul olacağı yaxın günlərdə bilinəcək.
Qeyd edək ki, Əmirbəyov "Bakı"nın heyətində ən çox oyun keçirən futbolçulardan biridir.

0
0