“Qarabağ”dan böyük uçurum
02.08.2011 - 12:15
“Qarabağ”dan böyük uçurum
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası klubların yeni reytinqini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Avropa Liqasında ölkəmizin yeganə təmsilçisi “Qarabağ” dünya reytinqində bu dəfə xeyli geriləyib.
Farer adalarının “Streymur” klubu ilə hər iki oyunda bərabərə qalan, Belçika “Brügge”sinə isə ilk oyunda uduzan Ağdam təmsilçisi 168-ci pillədən 333-cü yerə düşüb.

Qeyd edək ki, siyahıda ilk “üçlük” dəyişməz qalıb. Çempionlar Liqasının son qalibi “Barselona” (317) 1-ci, onun əzəli rəqibi olan Madrid “Real”ı (307) 2-ci, Avroliqanı qazanan “Portu” (291, 5) 3-dür.