100 rubl ver, Vaqif Cavadovun oyuna bax!
02.08.2011 - 12:52
100 rubl ver, Vaqif Cavadovun oyuna bax!
Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovun bu həftə Rusiya Premyer Liqasında debüt edəcəyi gözlənilir. Apasport.az saytının məlumatına görə, 22 yaşlı hücumçunun iyunda keçdiyi Nijni-Novqorodun “Volqa” klubunun heyətində meydana çıxmasında problem qalmayıb.

Qaydaya görə, Rusiyada yeni transfer edilən futbolçular yalnız avqustda oynaya bilər. “Volqa” Vaqif də daxil olmaqla, yayda heyətinə cəlb etdiyi oyunçuların xidmətindən növbəti turda avqustun 6-da “Rostov”la ev matçında istifadə edə bilər.

Artıq komandanın həmin və ondan sonrakı turda Moskva “Lokomotiv”i elə ev oyununa biletlər bu gündən satışa çıxarılıb. “Rostov”la matça biletlər 100-750, “Lokomotiv”lə görüşə 200-1000 rubl dəyərindədir. Biletləri klubun rəsmi saytından əldə etmək, habelə telefonla zəng edib, bronlaşdırmaq olar.