“Azərbaycan yığmasını bəhanəsiz məğlub etməliyik”
02.08.2011 - 13:05
“Biz İsrail və Azərbaycan yığmasından güclüyük. Ancaq bu, yalnız maksimum gücümüzlə oynasaq, belədir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Moskva “Spartak”ının sabiq futbolçusu Viktor Papayev deyib.
Vaxtilə SSRİ yığmasının da şərəfini qorumuş veteran yarımmüdafiəçi 2014-cü il dünya çempionatının seçmə mərhələsindəki püşk haqda fikirlərini bildirib.
Onun fikrincə, nəinki Azərbaycan, hətta İsrail millisi də ruslar üçün ciddi rəqib deyil: “Bu gün əsas rol motivasiya təşkil edir. Bizdə isə bu cəhətdən problem var. Bunu Rusiya yığmalarının yoldaşlıq görüşləri göstərir. Biz İsrail və Azərbaycana qalib gəlməliyik. Onlar rəqib deyillər, ancaq “dişlərini qıcıya bilərlər”. Bu, əsasən də İsrailə aiddir. Azərbaycanı isə heç bir bəhanəsiz məğlub etməliyik”.

0
0