Elxan Abdullayev: Mən həmin futbolçuları yaxşı tanıyıram
02.08.2011 - 13:52
“Türkiyə toplanışı zamanı heç bir futbolçu ilə müqavilə bağlamamışıq. Ancaq heyətimizi gücləndirəcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL-ın baş məşqçisi Elxan Abdullayev deyib.
Nazim Süleymanovun istefasından sonra paytaxt təmsilçisinin “sükanı arxasına” keçən Abdullayev yeni komandasını dərhal Türkiyəyə təlim-məşq toplanışına apardı. Əslində, bu həm də onun AZAL-la yaxından tanışlığına zəmin yaradırdı.
Səfərdən öncə Türkiyədə bir neçə futbolçunu sınayacaqlarını qeyd edən baş məşqçi baxışda olanları bəyənməyib. Ancaq AZAL yaxın günlərdə ən azı iki futbolçu ilə münasibətlərini rəsmiləşdirəcək: “Həm hücum, həm də müdafiəni gücləndirmək istəyirik. Ona görə də mütləq yeni futbolçular olacaq”.
Baş məşqçi birbaşa müqavilə imzalamağa gələcək həmin futbolçuları yaxından tanıdığını qeyd edib: “Nəzərimizdə olan oyunçular var. Hansı ki, onları yaxşı tanıyıram. Həmin oyunçular birbaşa müqavilə imzalamağa gələcəklər. Ola bilsin, ilk turda həmin futbolçuların xidmətindən istifadə etdik. Lakin münasibətlərimizi rəsmiləşdirmədiyimizə görə, ad açıqlaya bilmərəm”.
Sonda baş məşqçi komandasının çempionata hazır olduğunu da bildirib: “Komanda demək olar, çempionata hazırdır”.

0
0