“Qəbələ”nin sabiq futbolçusu “İskra-Stal”a keçdi
02.08.2011 - 14:23
“Qəbələ”nin sabiq futbolçusu “İskra-Stal”a keçdi
“Qəbələ”nin sabiq futbolçusu Viktor Komlyonok özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, moldovalı yarımmüdafiəçi vətəninə qayıdaraq, “İskra-Stal” komandasına keçib. Viktor bu klubla 1 illik müqavilə imzalayıb.

Komlyonok Qazaxıstanın “Akjayık” klubundan gedəndən sonra yarım il komandasız qalıb. O, bu müddətdə hətta çimərlik futbolu təmsilçisi “Coker”də oynayıb. Yarımmüdafiəçi Moldovaya qayıtmaq istəmədiyini desə də, buna məcbur olub. O, yeni komandasında bazar günü “Kostulen”lə oyunda debüt edəcək.

Qeyd edək ki, Viktor 2008/09 mövsümünün II yarısında Ramiz Məmmədov “Qəbələ”ni çalışdırdığı vaxtda oynayıb və çempionat bitəndən sonra komandadan kənarlaşdırılıb.