“Qarabağ” elə komanda deyil ki, uduzan kimi əl-qolunu yanına salsın”
02.08.2011 - 23:01
 “Qarabağ” elə komanda deyil ki, uduzan kimi əl-qolunu yanına salsın”
“Əlimizdən gələni edəcəyik. Onlar dördünü vurublarsa, biz də üçünü vura bilərik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Namiq Yusifov deyib.

Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində sabah “Brügge” ilə cavab oyununa çıxacaq “Qarabağ” matçın hazırlığını davam etdirir. Ağdam təmsilçisi səfərdə 3 top fərqi ilə məğlub olmasına baxmayaraq, meydana motivasiya ilə çıxacaq: “Brüggedə hesab oyuna görə olmadı. Çoxları fikirləşir ki, 4 top buraxmışıq, zəif oynamışıq. Komandada hər zaman motivasiya var. “Qarabağ” elə komanda deyil ki, uduzan kimi əl-qolunu yanına salsın. Sona qədər mübarizə aparacağıq”.

Ümumiyyətlə, əksər mütəxəssislər əvvəlki illərlə müqayisədə “Qarabağ”ın bu avrokuboklarda zəif təsir bağışladığını vurğulayır. Amma yarımmüdafiəçi bununla razılaşmır: “Cari oyunlarda heyətlə bağlı problemlərimiz var. “Brügge” ilə oyunda Rəşad Sadiqov yox idi, Vüqar Nadirov oyunun əvvəlində zədələndi. Həm də ötən illərdə əvvəldən güclü komandalarla düşürdük. Belə olan təqdirdə komanda meydanda fərqli görsənirdi”.

Cavab matçı öncəsi şansları dəyərləndirən futbolçu zəif komandaya yenilmədiyini vurğulayıb: “Qarabağ” elə-belə komandaya məğlub olmayıb. “Brügge” hər il avrokuboklarda çıxış edir. Əsas odur ki, sona qədər mübarizə aparacağıq”.