Onlar bizə divan tutublar...
02.08.2011 - 23:03
2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsinin püşkatması adət etmədiyimiz vaxtda oldu. Adətən bu mərasim yanvarda keçirilsə də, bu dəfə bir seçmə mərhələ bitməmiş digərinin püşkü atıldı və hazırda qitə yığmalarının başı 2012-ci il Avropa çempionatının seçmə mərhələ oyunlarına qarışıb.
İstənilən halda, DÇ-2014-ün də seçmə mərhələsi gələn ilin sentyabrda start görüşəcək, növbəti ilin oktyabrında yekunlaşacaq, noyabrda isə pley-off oyunlarından sonra final mərhələsinin iştirakçıları müəyyənləşəcək.
Azərbaycan yığmasının da mundiala gedən yolda rəqibləri məlumdur və onların hamısı əvvəldən bizə tanışdır. Təsadüfi deyil ki, növbəti rəqiblərimizdən Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya ilə seçmə mərhələdə görüşmüşük.
Yalnız bizdən də aşağı reytinqə malik Lüksemburqla ilk dəfə rəsmi oyunda üzləşəcəyik. Apasport.az rəqiblərimizin hamısı ilə görüşlərə nəzər salıb, oxucularına həm statistika, həm də maraqlı məqamları xatırladacaq.
Portuqaliya – 4 oyun, 4 məğlubiyyət (topların fərqi – 1:13)
1. 26 mart 1999-cu il. Gimaraynş. AÇ-2000-in seçmə mərhələ oyunu. Portuqaliya – Azərbaycan - 7:0
Baş məşqçi: Əhməd Ələsgərov
2. 4 sentyabr 1999-cu il. Bakı. AÇ-2000-in seçmə mərhələ oyunu. Azərbaycan – Portuqaliya - 1:1
Qol: Zaur Tağızadə
Baş məşqçi Əhməd Ələsgərov
3. 7 oktyabr 2006-cı il. Portu. AÇ-2008-in seçmə mərhələ oyunu. Portuqaliya – Azərbaycan - 3:0
Baş məşqçi Şahin Diniyev
4. 13 oktyabr 2007-ci il. Bakı. AÇ-2008-in seçmə mərhələ oyunu. Azərbaycan – Portuqaliya - 0:2
Baş məşqçi: Şahin Diniyev
Təbii ki, qrupumuzun əsas favoriti Portuqaliya yığmasıdır və indiki rəqiblərimizdən məhz onunla ən çox görüşmüşük. Qarşılaşma 4 dəfə olub və həm ötən, həm də indiki əsrə təsadüf edib. Sadəcə, əvvəlki oyunların hamısı Avropa çempionatında olduğundan, portuqaliyalılar ilk dəfə dünya çempionatının seçmə mərhələsində bizə rəqib olacaqlar.
Onlarla ilk görüşümüz milli komandamızın 19 illik tarixində ən böyük hesablı məğlubiyyətlərdən biri olub – 0:7. Yığmamızın ilk baş məşqçisi olan Əhməd Ələsgərov rəsmi oyunda məhz Portuqaliyada debüt etdi. Buna qədər yalnız yoldaşlıq görüşlərində yığmamızı meydana çıxaran təcrübəli mütəxəssis “siftə”də darmadağının şahidi oldu. Həmin oyunda müdafiəçimiz Rasim Abışovun qırmızı vərəqə alaraq, meydandan çıxarılması da nəticənin belə olmasına böyük təsir göstərdi.
Luiş Fiqunun lideri olduğu yığma bundan 6 ay sonra millimizlə 2-ci dəfə görüşdü. Sentyabrın əvvəlində Bakıdakı görüşlərdə nəinki bizim, ümumiyyətlə, dünya futbolunda nadir hadisə baş verdi. Belə ki, qolsuz bərabərliklə nəticələnən ilk hissədən sonra Tofiq Bəhramov adına Respublika stadionunda projektorlar keçdiyindən oyunu davam etdirmək mümkün olmadı. Komissar görüşün ertəsi gün keçirilməsinə qərar verdi. Bu dəfə də komandalar fasiləyə qolsuz yollandılar və 2-ci hissənin əvvəlində Zaur Tağızadənin Vitor Bayanın ayaqları arasında keçirdiyi qolla rəqib şoka düşdü. Həmin vaxt 20 yaşı olan Tağızadə bu qoldan sonra məşhurlaşdı, “Qızıl oğlan” ləqəbini aldı.
Portuqaliyalılar evdə 7 dəfə qapısına yol tapdığı təcrübəli qapıçımız Dmitri Kramarenkoya heç cür qol vura bilmirdilər. Yalnız oyunun son saniyələrdə Fiqu künc zərbəsindən sonra bir neçə cəhd nəticəsində komandasını biabırçı məğlubiyyətdən qurtardı. Luiş illər keçəndən sonra bu görüşü, Respublika stadionunun o vaxtkı kələ-kötür qazonunu yada salırdı. Həmin vaxt yığmamıza qarşı oynayan Paulu Bentu bu dəfə milli komandasının baş məşqçisi kimi bizimlə görüşəcək.
Portuqaliya yığması ilə növbəti düşdüyümüz zamanı artıq Fiqu karyerasını bitirmişdi və bu dəfə lider Kriştianu Ronaldo idi. O da bizə qol vura bildi. Ancaq Luişdən fərqli, səfərdə yox, evdə. Portuqaliyada yenə böyük hesabla uduzsaq da, bu dəfə daha az qol buraxdıq – 0:3. Ronaldo etdiyi dublla böyük hesablı qələbəni təmin etdi. Özü də onun vurduğu 1 qol hesaba alınmadı. Kriştianu həmin “qayçıvari” zərbəsini sonradan xatırlayaraq, bunu karyerasında sayılmayan ən gözəl qollardan biri kimi qələmə verdi. Kriştianu Bakıdakı oyunda da diqqət mərkəzinə düşdü. Ancaq bu dəfə ona dirsəyi ilə zərbə vurması nəticəsində birbaşa qırmızı vərəqə alaraq, meydandan çıxarılan kapitanımız Aslan Kərimovla hava mübarizəsindəki epizodda. Şahin Diniyevin yeniləşdirdiyi yığma portuqaliyalıların qapısına yol tapa bilmədi.
Rusiya – 2 oyun, 1 heç-heçə, 1 məğlubiyyət (topların fərqi – 1:3)
1. 28 mart 2009-cu il. DÇ-2010-un seçmə mərhələ oyunu. Moskva. Rusiya - Azərbaycan - 2:0
Baş məşqçi: Berti Foqts (Almaniya)
2. 14 oktyabr. DÇ-2010-un seçmə mərhələ oyunu. Bakı. Azərbaycan - Rusiya - 1:1
Qol: Vaqif Cavadov
Baş məşqçi: Berti Foqts (Almaniya)
Uzun illər bir ölkədə yaşadığımız Rusiya ilə ilk görüşümüz yalnız ötən seçmə mərhələdə oldu. 2 il öncə həmin oyunlar da dünya çempionatının seçmə mərhələsində idi. Ruslar “Lujniki” stadionunda keçirilən həmin görüşü daha çox tribunaların ağzına kimi dolu olması ilə yada salır. Onlar hər hissədə bir dəfə qapımıza yol tapdılar. Roman Pavlyuçenko cərimə zərbəsindən, fasilədən sonra isə Konstantin Zıryanov gözəl kombinasiyadan sonra qapıçımız Fərhad Vəliyevi topu tordan çıxarmağa məcbur etdi.
Hollandiyalı Qus Hiddinkin çalışdırdığı Rusiya yığması Bakıdakı oyunun nəticəsi heç bir əhəmiyyət daşımırdı. Çünki bu, seçmə mərhələnin son oyunu idi və rəqibimiz istənilən halda, qrupda 2-ci yeri tutub, plef-offa vəsiqə qazanırdı. Buna görə Hiddinkin əsas futbolçuları paytaxtımıza gətirsə də, onların əksərini meydana buraxmadı. Rusiya yığmasının kapitanı Andrey Arşavin ilk hissədə hesabı açdı. Həmin oyunu yüksək səviyyədə keçirən hücumçumuz Vaqif Cavadov 2-ci hissədə uzaq məsafədən dəqiq zərbə ilə İqor Akinfeyevin qapısına yol tapdı. Ruslar oyunun sonunda qələbə topunu vura bilərdi. Ancaq qapıçımız Kamran Ağayev Sergey İqnaşeviçin penalti zərbəsini dəf etdi. Bu nəticə millimizin hazırkı almaniyalı baş məşqçisi Berti Foqtsun postunda saxlanılmağına, onunla yeni müqavilə bağlanılmağına təsir göstərdi.
İsrail – 3 oyun, 3 məğlubiyyət (topların fərqi – 0:10)
1. 16 noyabr 1994-cü il. Trabzon. AÇ-1996-nın seçmə mərhələ oyunu. Azərbaycan – İsrail - 0:2
2. 11 oktyabr 1995-ci il. Təl-Əviv. AÇ-1996-nın seçmə mərhələ oyunu. İsrail – Azərbaycan - 2:0
3. 18 fevral 2004-cü il. Ramat-Qann. Yoldaşlıq görüşü. İsrail – Azərbaycan - 6:0
İsrail rəqiblərimizdən yeganə yığmadır ki, onunla həm rəsmi, həm də yoldaşlıq görüşündə qüvvəmizi sınamışıq. Özü də millimiz israillilərlə ilk seçmə mərhələdə görüşüb və ilk rəsmi ev oyununu onunla keçirib. Sadəcə, FİFA və UEFA həmin vaxt ölkəmizdəki siyasi vəziyyətlə əlaqədar millimizin oyunları evdə keçirməyə icazə vermədi. Nəticədə ilk seçmə mərhələdə rəqiblərimizi Türkiyənin Trabzon şəhərində qəbul etməli olduq. Ağasəlim Mircavadov və Kazbek Tuayevin hərəyə bir dəfə baş məşqçisi olduğu yığmamız İsraillə hər görüşdə 0:2 hesabı ilə uduzdu.
İsraillə yeganə yoldaşlıq görüşümüzdə isə millimizin tarixində ən böyük hesablı məğlubiyyətlərdən biri qeydə alındı – 0:6. Braziliyalı dünya çempionu, Pelenin kapitanı olan Karlos Alberto Torres yığmamızın baş məşqçisi kimi ilk oyunda ağır zərbə aldı. Bu 0:6 hesablı məğlubiyyət Ramat-Qannda oldu ki, israillilər səfər oyunumuz seçmə mərhələnin əvvəlində olarsa, yenə orada görüşəcəyik.
Şimali İrlandiya – 2 oyun, 1 heç-heçə, 1 məğlubiyyət (topların fərqi – 0:2)
1. 9 oktyabr 2006-cı il. Bakı. DÇ-2010-un seçmə mərhələ oyunu. Azərbaycan – Şimali İrlandiya - 0:0
2. 3 sentyabr. Belfast. DÇ-2010-un seçmə mərhələ oyunu. Şimali İrlandiya – Azərbaycan - 2:0
İlk baxışdan Şimali İrlandiya elə də güclü sayılmasa da, yığmamız İsraillə olduğu kimi, ona da nəinki qalib gələ, qol da vura bilib. Torres britaniyalılarla evdəki oyunda xal qazansa da, bu, uğursuz nəticə sayılmadı. Çünki hamı oyunu hücumda keçirən millimizin qalib gələcəyini gözləyirdi. Torres isə 0:0 hesabı ilə nəticələnən oyundan sonra mətbuat konfransında hava ötürmələrinə üstünlük verən rəqibin voleybol, basketbol oynadığını deyərək, daha çox bəhanə axtarırdı.
Şimali İrlandiya ilə səfər oyunumuzda isə Torres artıq yığmamızın baş məşqçisi postundan getmişdi. Millimizi bu oyuna Vaqif Sadıqov çıxarmışdı ki, bu, onun 3-cü qayıdışı oldu. Britaniyalılar 2:0 hesabı ilə qalib gələrək, yığmamızı bu dəfə xalsız qoydu.
Lüksemburq – 1 oyun, 1 qələbə (topların fərqi – 2:1)
1. 3 mart 2009-cu il. Yoldaşlıq görüşü. Lüksemburq. Lüksemburq - Azərbaycan - 1:2
Qollar: Fərid Quliyev, Elvin Məmmədov
Hələ seçmə mərhələdə görüşmədiyimiz Lüksemburq rəqiblərimizdən qalib gəldiyimiz və ən çox qol vurduğumuz yeganə yığmadır. Bunun səbəbkarı Foqts oldu ki, həmin vaxt yoldaşlıq görüşlərində qələbələri sıralayan millimiz rəqibini onun meydanında yendi – 2:1. Yarımmüdafiəçi Elvin Məmmədovla hücumçu Fərid Quliyev hərəyə 1 qol vurdular. Lüksemburq millisi son səbətdən düşdüyündən, qələbə ilə bağlı ən çox ümidimizi onunla oyunlara bağlamışıq.
Rio-de-Janeyrodakı tədbirdə dünya şöhrətli braziliyalı hücumçu Ronaldo Avropanın püşkü zamanı rəqibləri səbətlərdən seçdi və portuqaliyalı adaşını qarşımıza çıxardı. Ancaq həmin oyunlara hələ 1 ildən çox vaxt var və indi hamı kimi, milli komandamız da bütün diqqətini cari seçmə mərhələyə yönəltməlidir. Qalan 4 oyundan 3-ü evdə keçirəcəyik və bu, xal ehtiyatımızı artırmaq üçün yaxşı imkandır.
Foqts cəmi 1 qələbə qazanarsa, seçmə mərhələdə ən çox xal toplayan baş məşqçi kimi yeni rekord müəyyənləşdirəcək...
Mehman SÜLEYMANOV

0
0