“Neftçi” rəhbərliyi yeni baş məşqçisinin adını rəsmən açıqladı
02.08.2011 - 17:00
“Neftçi” rəhbərliyi yeni baş məşqçisinin adını rəsmən açıqladı
Bu gün "Neftçi" klubunun prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə toplantı keçirilib. Apasport.az saytının məlumatına görə, toplantıda məşqçilər korpusuna yeni təyinatlar təsdiqlənib.

Belə ki, bundan sonra komandanın baş məşqçisi vəzifəsini Böyükağa Hacıyev yerinə yetirəcək. Komandanın direktoru Güloğlan Cabbarov, baş məşqçinin köməkçisi Tərlan Əhmədov, seleksiyaçı-məşqçi Kamal Quliyev olacaq.

Bəxtiyar Musayev əvvəl olduğu kimi, yenə də baş məşqçinin seleksiya üzrə köməkçisi, Mehmet Ak fiziki hazırlıq üzrə məşqçi, Neboyşa Manoyloviç isə qapıçılar üzrə məşqçi vəzifəsini icra edəcək.

Komanda saat 19:00-da klubun bazasında baş məşqçi Böyükağa Hacıyevin rəhbərliyi altında ilk məşqinə çıxacaq.

Xatırladaq ki, Böyükağa Hacıyevin “Neftçi” klubuna baş məşqçi gətiriləcəyi barədə ilk xəbəri apasport.az saytı yayıb.