“Qəbələ” Serbiya yığmasının futbolçusu ilə anlaşdı
02.08.2011 - 17:50
Azərbaycan Premyer Liqasının növbəti mövsümündə iddiasını artıran “Qəbələ” növbəti transferini reallaşdırıb. Bu barədə apasport.az saytına açıqlamasında komandanın baş meneceri Zaur Əzizov məlumat verib.
O bildirib ki, artıq Serbiya yığmasının futbolçusu Veseliko Trivunoviçin keçidi həll olunub: “Veseliko ilə 1 illik müqavilə bağlamışıq. O, hazırda da milli komandasının üzvüdür, Serbiyanın OFK klubundan transfer etmişik. Biz İngiltərədə olduğumuz müddətdə Trivunoviçi baş məşqçimiz Toni Adamsa təklif etdilər. O da serbiyalının bir neçə oyununa baxıb, bəyəndi və keçidinə razılıq verdi”.
Əzizov bildirib ki, Trivunoviç mərkəz yarımmüdafiəçidir ki, komandaya da bu mövqeyə futbolçu lazım idi: “O, klubunda müdafiəyə, millisində isə hücumameylli oynayır. Veseliko ilə Bakıda müqavilə bağladıqdan sonra Qəbələyə hazırlığımıza yollanacaq. Gələn həftənin ilk günü isə milli komandasının düşərgəsinə gedəcək. Veseliko Serbiya yığmasının avqustun 10-da Rusiya milli komandası ilə Moskvadakı yoldaşıq görüşünə çağırılıb”.
Mehman SÜLEYMANOV

0
0