“Neftçi”nin yeni direktoru kikboksçu çıxdı
02.08.2011 - 18:14
“Neftçi” futbol klubunda direktor vəzifəsinə təyin olunan Güloğlan Cabbarov həm də Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidentidir. Cabbarov Lent.az-a açıqlamasında 2007-ci ilin fevralından federasiya rəsmisi kimi çalışdığını bildirib.
O, “Neftçi”də yerinə yetirəcəyi funksiyalara yaxın vaxtlarda tam aydınlıq gələcəyini söyləyib. Yeni direktor komandaya bütün cavabdehliyi özünün daşıyacağını deyib: “Mən kollektivdə nizam-intizama nəzarət etməklə, baş məşqçiyə yardımçı olacağam. Lakin bu, o demək deyil ki, indiyədək kollektiv daxilində intizam sarıdan problemlər olub. “Neftçi” bir ailə kimidir. Burada nizam-intizam sarıdan problem ola bilməz. Burada əvvəllər hüquq məsləhətçisi kimi çalışdığımdan futbolçular məni tanıyırlar və xətrimi əziz tuturlar”.
Cabbarov yeni təyinatla əlaqədar federasiyadakı işindən ayrılmayacağını da diqqətə çatdırıb.

0
0