Aleksandr Starkov: Bizim ana məqsədimiz budur
02.08.2011 - 23:06
“Zənnimcə hər iki təlim-məşq toplantısı yüksək səviyyədə keçdi. Klub bizim üçün əla şərait yaratmışdı. Mən oyunçulardan, onların işə yanaşmasından və hazırlığın gedişindən razıyam”. Apasport.az saytının xəbərinə görə, bunu “Bakı” klubunun baş məşqçisi Aleksandr Starkov deyib.
Yeni mövsüm öncə hazırlıqla bağlı klubun saytına müsahibə verən latviyalı çalışdırıcı bildirib ki, rəhbərlik etdiyi kollektiv tədricən, formalaşmaqdadır: “Əlbəttə ki, bu qısa bir proses deyil. Ötən mövsümlə müqayisədə heyətdə böyük dəyişikliklər baş verib. Həyatın tələbinə uyğun olaraq bir çox futbolçularla yolları ayırdıq. Ötənilki uğursuzluqdan sonra bu labüd idi. Eyni zamanda komandaya yeni oyunçular gəlib. Onların hər birinin oyuna öz baxışı, yanaşma tərzi var. Onların uyğunlaşması üçün zaman tələb olunurdu. Bu proses hələ tam başa çatmayıb. Yeni komandanın yaranması dərhal baş vermir”.
Starkovun fikrincə, müəyyən çətinliklər var, bununla belə, qarşıda duran vəzifələrin həllinə qadir olan kollektiv yaratmağa nail olurlar: “Klubun prezidentindən “bizim əsas məqsədimiz nədən ibarətdir, qarşıdan gələn mövüm üçün prioritetlərimiz nədir?” – sualına çox düzgün cavab aldım. O söylədi: Bizə sözün əsl mənasında komanda yaratmaq lazımdır. Bu nə deməkdir? Bu tək yaxşı oyun nümayiş etdirən, qollar vuran, qalib gələn komanda deyil. Əlbəttə ki, məğlubiyyətlər də olacaq. Ancaq əsası yaxşı və çətin günlərdə bir yerdə olan, dərdini və sevincini bölüşən vahid kollektiv yaratmaqdır. Bizim ana məqsədimiz məhz, budur. Biz bu yolla irəliləyirik. Çempionatın əvvəllərində heç bir komanda əla vəziyyətdə olmur. Finişə qədər uzun məsafə var. Uğurlu başlanğıc olduqca vacibdir. Bununla belə, hazırlıq planını qabaqlamaq da olmaz.
Birinci və ikinci təlim-məşq toplantıları zamanı biz testlər tətbiq etdik. İşimizin bəhrəsi kimi nəticələrin yüksəldiyinin şahidi olduq. Bunu həm adi gözlə, həm də texniki vasitələrin köməyi ilə görmək mümkündür. Orta sahədə və hücumda dəyişiklər etdik. Xüsusən də, hücum xəttinə diqqət ayırdıq. Şərti rəqib güclüdür, o bizim hücumların qarşısını almağa, dağıtmağa çalışır. Bunun üçün xüsusi hazırlıq tələb olunur. Komandamızın yeni üzvlərindən razıyam, onlar tək hücumda deyil, müdafiədə də yer alırlar. Ümid edirəm ki, mövsüm boyu futbolçuların inkişaf edəcəyinin şahidi olacağıq”.

0
0