“Rusiya Premyer Liqası Azərbaycanla müqayisədə fərqli səviyyədir”
03.08.2011 - 08:32
“Rusiya Premyer Liqası Azərbaycanla müqayisədə fərqli səviyyədir”
“Bu, mənim karyeramda irəliyə doğru böyük addımdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Rostov” klubunun yeni futbolçusu Dmitri Kruqlov deyib.

Karyerasının son 3,5 ilini ölkəmizdə keçirən Estoniya yığmasının sol cinah müdafiəçisi əvvəlcə “Neftçi”, sonra “İnter”də oynayıb. Vaxtilə Moskva “Lokomotiv”i kimi iddialı komandanın şərəfini qoruyan legioner bu dəfə Premyer Liqanın autsayderinin uğurları üçün çalışacaq. Buna baxmayaraq, Dmitri keçidindən razıdır: “Hər halda, Rusiya Premyer Liqası Azərbaycanla müqayisədə fərqli səviyyədir”.