“Biz Azərbaycan milli komandasına qalib gəlməyə borcluyuq”
03.08.2011 - 09:02
“Biz 2014-cü il dünya çempionatının seçmə mərhələsində çox sanballı komandalarla düşmüşük. Onlar bizim üçün sanballıdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri məşhur rusiyalı futbol şərhçisi Vladimir Pereturin deyib. O, Rusiya milli komandasının DÇ-2014-ün seçmə mərhələsində F qrupunda birgə yer aldığı Portuqaliya, İsrail, Şimali İrlandiya, Azərbaycan və Lüksemburq yığmalarının yer aldığı F qrupunun favoritini müəyyənləşdirib: “Bizim əsas rəqibimiz Portuqaliya yığmasıdır. İsrail, Şimali İrlandiya, Azərbaycan və Lüksemburq yığmalarına qalib gəlməyə borcluyuq”.
0
0