Yığmamız ən güclü 4 qrupdan birinə düşüb
03.08.2011 - 09:33
Yığmamız ən güclü 4 qrupdan birinə düşüb
Azərbaycan yığması 2014-cü il dünya çempionatının seçmə mərhələsində ən güclü qruplardan birinə düşüb. Apasport.az saytının məlumatına görə, millimizin yer aldığı F qrupu gücünə əsasən Avropada 9 qrup arasında 4-dür.

Hər halda, FİFA-nın iyulun 27-də açıqlanan son reytinqi belə deməyə əsas verir. Püşkdən öncə səbətlər də məhz iyul reytinqinə əsasən müəyyənləşdi və Azərbaycan 5-ci səbətdə yer aldı.

Əgər bütün qruplarda milli komandaların göstəricilərini – FİFA və UEFA reytinqlərini, hesablarındakı balları toplayıb, komandaların sayına bölsək, qruplarda orta göstəriciləri müəyyənləşdirə bilərik. Qrupumuzu şərti olaraq “F yığması” adlandırsaq, onun gücünə görə qitəmizdə 4-cü olduğu görə bilərik. Ancaq ümumi sıralamaya baxsaq, göstəricilər arasında fərqin az olması diqqət çəkir.

Ən güclü İ qrupunun olması təsadüfi deyil. Çünki burada reytinqə görə ilk 2 komanda nəinki qrupun, Avropa və dünya çempionatlarının favoritidir. Özü də İspaniya və Fransa yığmaları ardıcıl olaraq dünya və Avropa çempionu olublar.

Fərq ondadır ki, fransızlar 1998-ci ildə dünya, bundan 2 il sonra Avropa, ispanlar isə əvvəlcə Avropa (2008), sonra dünya çempionatını (2010) qazanıblar. Bu qrupda yer alan Belarus, Gürcüstan, Finlandiya milliləri da Avropada reytinqi elə aşağı olmayanlardır. Üstəlik, yalnız bu qrupda komandalarının sayının ən az - 5 (qalanlarında 6) olması orta göstəricilərə təsir edib.

DÇ-2014-ün seçmə mərhələsində Avropa zonasında qruplar

1. İ qrupu: İspaniya, Fransa, Belarus, Gürcüstan. Finlandiya. Orta reytinq – 682, 2
FİFA-nın reytinqə görə dünyada orta yeri – 38, Avropada - 20,8

2. D qrupu: Hollandiya, Türkiyə, Macarıstan, Rumıniya, Estoniya, Andorra. Orta reytinq – 655, 8
FİFA-nın reytinqə görə dünyada orta yeri – 68, Avropada - 27,5

3. C qrupu: Almaniya, İsveç, İrlandiya, Avstriya, Farer adları, Qazaxıstan. Orta reytinq – 654
FİFA-nın reytinqə görə dünyada orta yeri – 59,8, Avropada - 27,7

4. F qrupu: Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya, Azərbaycan, Lüksemburq. Orta reytinq – 625,7
FİFA-nın reytinqə görə dünyada orta yeri – 59,7, Avropada - 27,5

5. E qrupu: Norveç, Sloveniya, İsveçrə, Albaniya, Kipr, İslandiya. Orta reytinq – 624, 8
FİFA-nın reytinqə görə dünyada orta yeri – 54, Avropada - 27

6. B qrupu: İtaliya, Danimarka, Çexiya, Bolqarıstan, Ermənistan, Malta. Orta reytinq – 621, 7
FİFA-nın reytinqə görə dünyada orta yeri – 59,7 Avropada – 26,5

7. A qrupu: Xorvatiya, Serbiya, Belçika, Şotlandiya, Makedoniya, Uels. Orta reytinq – 607,5
FİFA-nın reytinqə görə dünyada orta yeri – 57, Avropada – 27,8

8. G qrupu: Yunanıstan, Slovakiya, Bosniya və Herseqovina, Litva, Latviya, Lixtenşteyn. Orta reytinq – 591,2
FİFA-nın reytinqə görə dünyada orta yeri – 57, Avropada – 28,3

9. H qrupu: İngiltərə, Çernoqoriya, Ukrayna, Polşa, Moldova, San-Marino. Orta reytinq – 589,2
FİFA-nın reytinqə görə dünyada orta yeri – 70,8, Avropada – 28,5

Qeyd edək ki, 282 bala malik milli komandamız FİFA-nın reytinqində 111-ci, Avropada 44-dür