Yersiz güzəşt və ya PFL ilanı Seyid Əhməd əli ilə tutur
03.08.2011 - 10:39
Premyer Liqanın I turu çərçivəsində avqustun 7-də "Neftçi" və "Qarabağ" arasında nəzərdə tutulan görüşün təxirə salınmasına ölkə mətbuatı nədənsə çox sakit yanaşdı. Sanki elə belə də olmalıymış, kiminsə ağdamlılara güzəşt borcu var.
Boğazdan yuxarı vətənpərvərlik etməyin mənası yoxdu. Hamımız ən azı adına görə "Qarabağ"ı çox istəyirik. Ancaq söhbət işdən, rəqabətdən gedirsə, Peşəkar Futbol Liqasının etdiyi bu güzəşt digər klubların haqqının pozulması deməkdi. Hələ mövsümün startında təxirəsalmalar başlayırsa, deməli, qarşıda bizi daha maraqlı sürprizlər gözləyir.
"Qarabağ"ın 2 gün öncə etdiyi müraciət komandanın Avropa Liqasında "Brügge"yə qarşı keçirəcəyi oyuna görədi. Belə ki, ağdamlılar Belçika klubu ilə oyundan sonra yorğun halda "Neftçi"ylə oynamağın onlar üçün çətin olduğunu vurğulayaraq bakılılarla görüşün ertələnməsini istəyib.
Müraciətin özü məntiqsizdi. Əgər çempionat matçı avrokubok görüşündən öncə olsaydı, ölkə maraqlarını nəzərə alaraq bunu normal saymaq olardı. Ancaq fakt odu ki, "Brügge"ylə oyun "Neftçi"ylə qarşılaşmadan əvvələ düşür və doğrusu, həmin görüşdə növbəti mərhələyə adlamaq şansı da yoxdu.
Lap olsa da, belə ertələnmə nəyə lazım? Məgər avrokuboklarda çıxış edən bütün komandaların oyunu təxirə salınır? Həmin "Brügge" "Qarabağ"la oyundan sonra çempionatda bir oyun keçirib, bu həftəsonu da növbəti görüşünə çıxacaq. Ağdamlılar isə həftədə birdən çox oyun keçirən kimi əsməcəyə düşürlər.
Əslində, həftədə 2 oyun müasir futbolun reallığı və tələbidi. Təqvim çox sıx olduğundan komandalar bu qrafikə öyrəşməyə məcburdu. Həftəsonu çempionat, həftəiçi avrokubok görüşləri həm də komandaların rəqabətədavamlılığını artırır. Elə məhz Peşəkar Futbol Liqasının klubların başını sığallamasının, onların istəyi ilə oturub-durmasının nəticəsidi ki, AZAL, "Neftçi", "Xəzər-Lənkəran" qitə arenasında mübarizəyə ilk mərhələdəcə vida etdi, zəif rəqibləri keçən "Qarabağ" isə əsl komandayla üzləşən kimi ağ bayraq qaldırdı.
PFL-in oyunun ertələnməsi haqda qərarına diqqətlə fikir versək, görərik ki, "Qarabağ" həm də bəhanə olub. Necə deyərlər ilanı Seyid Əhməd əli ilə tutublar. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməli olan qarşılaşma komandaların razılığı əsasında baş tutmayacaq. Bu isə o deməkdi ki, burada həm də "Neftçi"yə güzəşt olunub. Çünki neçə vaxtdı məşqçisiz qalan, futbolçuları başlı-başına hazırlaşan komandanın da çempionata kimi müəyyən zamana ehtiyacı var. Yeni məşqçi gəlməli, futbolçularla tanış olmalı, onları çempionat matçına hazır etməlidi. Kəsəsi, bu ertələnmə "Neftçi"yə daha çox lazımdı. Ancaq ortada "Qarabağ"ın adı hallanır.
CAVAD

0
0