Ümid sonda ölür
03.08.2011 - 11:27
Sabah Avroliqada III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, turnirdəki yeganə təmsilçimiz olan “Qarabağ”ın taleyinə Bakıda aydınlıq gələcək.
Komandamız Belçikanın ən titullu klublarından “Brügge” ilə görüşdə çətin vəzifəsinin öhdəsindən gəlməyə çalışacaq.
Təbii ki, azarkeşlər bizim üçün mövsümün artıq bu mərhələdə başa çatmasını istəmirlər. Elə “Qarabağ”ın son 2 ildə Avroliqanın son təsnifat mərhələsinədək irəliləməsi ilə bu həyəcanı yaşamışıq və ənənənin davamının gəlməsinə ümid edirik. Ancaq bunun üçün güclü rəqib üzərində böyük hesabla qalib gəlmək lazımdır ki, bu heç də asan məsələ deyil.
“Qarabağ”ın cavab oyunu öncəsi durumunu “Neftçi”yə bənzətmək olar. Yəni “ağ-qaralar” da Çempionlar Liqasının II təsnifat mərhələsində Zaqreb “Dinamo”su ilə Tofiq Bəhramov adına Respublika stadionundakı cavab oyununda 3 top fərqini aradan qaldırmalı idi. Ancaq Qurban Qurbanovun çalışdırdığı komandanın üstünlüyü səfərdə (1:4) qol vurmasıdır.
Yəni “Qarabağ” sabah 3:0 hesabı ilə qalib gələrsə, mərhələ adlayacaq. “Neftçi” isə bu hesabla əlavə vaxta ümid edə bilərdi.
Belçikalılarla avrokuboklarda ev oyunlarımıza nəzər alsaq, statistika qələbəyə ümid verir. Çünki bundan əvvəl “Neftçi” ÇL-də “Anderlext”ə, İntertoto kubokunda “Jerminal”a 1:0 hesabı ilə qalib gəlmişdi. Düzdür, ilk halda səfərdə 0:5 hesabı ilə uduzduğumuzdan, mərhələ keçə bilməmişdik. Ancaq “Neftçi” səfərdə 1:1 hesabı ilə bərabərliyə qaldığı “Jerminal”ı keçə bilmişdi.
“Qarabağ” 2009-cu ildən bu yana Avroliqada evdə yalnız 1 dəfə uduzub ki, onda sonradan Almaniya çempionu olan Dortmund “Borussiya”sı qələbə topunu son dəqiqələrdə vurmuşdu. Yəni son illərdə avrokuboklarda ən layiqli təmsilçimiz Bakıda ən azı nəticə qazanıb, reytinqinə xal ehtiyatımızı artıracağına böyük inam var. Bu isə həm “Qarabağ”ın özü, həm də UEFA-dakı klub reytinqimiz üçün vacibdir.
“Qarabağ”ın hələ ilk oyunda heyətlə bağlı problemlərinin olması nəticəyə təsir göstərmişdi. Belə ki, komandanın kapitanı Rəşad Sadiqov qardaşının vəfatı ilə əlaqədar İstanbuldan Bakıya qayıtmışdı. Artıq ağdamlıların düşərgəsinə qayıdan Sadiqov cavab oyununa hazırlaşan heyətdə yer alıb. Digər yarımmüdafiəçi Vüqar Nadirov Belçikadakı görüşün əvvəlində aldığı zədəyə görə əvəzlənmişdi. Bundan sonra komanda ilə birgə vətənə dönməyən Vüqar İstanbula müayinəyə yollanıb və “Brügge” ilə ev matçına hazırlıqda iştirak etmir.
Qeyd edək ki, saat 21:00-da başlayacaq “Qarabağ” – “Brügge” oyununu isveçrəli Saşa Keverin başçılıq etdiyi isveçrəli hakimlər briqadası idarə edəcək.
Mehman SÜLEYMANOV

0
0