“Turan”ın futbolçuları pul üzünə həsrət qalıb
03.08.2011 - 13:00
“Turan”ın futbolçuları pul üzünə həsrət qalıb
"Turan" rəhbərliyi futbolçularına söz verib. Apasport.az saytının məlumatına görə, Tovuz təmsilçisi çempionatın startına qədər futbolçularına pul məvacibi ödəyəcək.

Naci Şensoyu istefaya göndərdikdən sonra baş məşqçi postuna Əsgər Abdullayevi gətirən "Turan" ölkənin təcrübəli futbolçular ilə də anlaşdı. Oyunçulara maliyyə probleminin yaşanmaması barədə zəmanət verən rəhbərlik nədənsə hələlik sözünün üstündə durmur. Belə ki, futbolçu heyətinə hələ də heç bir məvacib verilməyib.

Son məlumata görə, futbolçular avqustun 4-də ilk maaşlarını alacaqlar.

Qeyd edək ki, Tovuz təmsilçisi Premyer Liqanın ilk turunda Bakının "İnter" komandası ilə görüşəcək.