Yenə çempionat Gəncədə start götürəcək
03.08.2011 - 14:14
Yenə çempionat Gəncədə start götürəcək
Azərbaycan Premyer Liqasında 2011/12 mövsümün I turunun oyunlarının başlanma saatı açıqlanıb. Apasport.az saytının məlumatına görə, XX milli çempionat əyalətdə start götürüb, əyalətdə də yekunlaşacaq.

Belə ki, ilk oyun Gəncədə, sonuncu qarşılaşma isə Zaqatalada baş tutacaq. Bununla da çempionat ardıcıl 2-ci il Nizami Yurdunda başlayacaq. Ötən mövsüm “Gəncə” Zaqatalanın “Simurq” klubu ilə evdə 1:1 hesablı bərabərliyə qalmışdısa, bu dəfə “Kəpəz” adını qaytaran komanda debütant “Rəvan”ı qəbul edəcək.

6 avqust

18:00. “Kəpəz” – “Rəvan”
Gəncə. Şəhər stadionu.

20:00. “Xəzər Lənkəran” – “Sumqayıt Şəhər”
Lənkəran. Şəhər Mərkəzi stadionu.

20:00. “İnter” – “Turan”
Bakı. “Şəfa” stadionu

7 avqust

18:00. “Qəbələ” – “Bakı”
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası

20:00. “Simurq” – AZAL
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu