Pley-offa yüksələn komandalar bəllidir!
04.08.2011 - 00:37
Pley-offa yüksələn komandalar bəllidir!
Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, son təsnifat mərhələsinin bütün iştirakçıları bugünkü cavab görüşlərindən sonra müəyyənləşib.

Əslində “Rubin”, “Malmö”, “Viktoriya”, Zaqreb “Dinamo”su ilk oyunda səfərdə qazandıqları qələbələrlə mərhələ keçmək vəzifəsini böyük ölçüdə yerinə yetirərək, cavab görüşündən də üzüağ çıxıblar.

Türkiyə turnirdə ilk təmsilçisindən məhrum olub.
Hələ səfərdə 0:2 hesabı ilə uduzmaqla işini çətinə salan “Trabzonspor” cavab oyununda da qalib gələ bilməyib. “Benfika” ilə yanaşı, “Tvente”, “Sürix”, APOEL, “Şturm”, “Visla”, “Makkabi”, “Genk” son təsnifat mərhələsinə yüksəlib.



“Rubin” (Rusiya) – “Dinamo” (Kiyev, Ukrayna) - 2:1
QOLLAR: Dyudyan, 20; Medvedev, 87 - Qusev, 90
İlk oyun – 2:0

“Malmö” (İsveç) – “Reyncers” (Şotlandiya) - 1:1
QOLLAR: Jiloan Hamad, 80 - Elaviç, 24
İlk oyun – 1:0

“Vaslui” (Rumıniya) – “Tvente” (Hollandiya) - 0:0
İlk oyun – 0:2

“Sürix” (İsveçrə) – “Standard” (Belçika) - 1:0
QOL: Mehmedi, 58
İlk oyun – 1:1

“Viktoriya” (Çexiya) – “Rusenborq” (Norveç) - 3:2
QOLLAR: Bakoa, 55; Kolarj, 60; Petrjela, 78 - Lustig, 44; Prika, 77
İlk oyun – 1:0

“Slovan” (Çexiya) – APOEL (Kipr) - 0:2
QOL: Almeyda, 58; Manduka, 90
İlk oyun – 0:0

“Şturm” (Avstriya) – “Zestafoni” (Gürcüstan) - 1:0
QOL: Roman Kienast, 68
İlk oyun – 1:1

“Visla” (Krakov, Polşa) – “Liteks” (Bolqarıstan) - 3:1
QOLLAR: Melikson, 42; 56 (p); Vilk, 84 - Bodurov, 68
İlk oyun – 2:1

“Dinamo” (Zaqreb, Xorvatiya) – HİK (Finlandiya) - 1:0
QOL: İbanez, 90
İlk oyun – 2:1

“Maribor” (Sloveniya) – “Makkabi” (Hayfa, İsrail) - 1:1
QOLLAR: Markos, 32 - vered, 10
İlk oyun – 1:2

“Partizan” (Serbiya) – “Genk” (Belçika) - 1:1
QOLLAR: Tomiç, 40 - Fossen, 58
İlk oyun – 1:2

“Trabzonspor” (Türkiyə) – “Benfika” (Poruqaliya) - 1:1
QOLLAR: Paulo Henrique, 32 - Nolito, 19
İlk oyun – 0:2

Qeyd edək ki, Belarusun BATE, Danimarkanın “Kopenhagen” və “Odense” klubu bundan əvvəl IV mərhələyə çıxmışdılar.