Musa Süleymanov: Nəticə qazanıldıqca, pul da olacaq
03.08.2011 - 14:29
“Komandada maliyyə məsələsi ilə bağlı problem yoxdur. Biz futbolçularla bu baxımdan razılığa gəlmişik. Vaxtı gələndə, hamı pulunu alacaq. Əsas futbol oynamaqdır. Nəticə qazanıldıqca, pul da olacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında Tovuzun “Turan” klubunun prezidenti Musa Süleymanov deyib.
O bildirib ki, komanda çempionata normal səviyyədə hazırlaşır: "Turan"da vəziyyət yaxşıdır. Komanda növbəti mövsümə səylə hazırlaşır”.
Süleymanov bir müddət öncə düşərgəyə dəvət edilən milli komandanın sabiq hücumçusu Samir Əliyevlə bağlı da danışıb. O, 32 yaşlı oyunçu ilə razılığa gəlindiyini və Samirin növbəti mövsümdə komandanın heyətində oynayacağını bildirib.
Qeyd edək ki, "Turan" çempionatın start turunda "Şəfa" stadionda "İnter"lə görüşəcək.

0
0