“Qalatasaray”ın prezidenti gündə 312 min dollar xərcləyir
03.08.2011 - 14:43
“Qalatasaray” komandasının prezidenti Ünal Aysal 3 ayda böyük səxavət nümayiş etdirib. Apasport.az saytının məlumatına görə, 70 yaşlı iş adamı prezidenti postunda fəaliyyətə başladığı mayın 14-dən bu yana, yəni 80 gündə 25 milyon dollar xərcləyib.
Bu isə gündə orta hesabla 312 min dollar deməkdir. Aysal şəxsi hesabından ödədiyi 25 milyonun bir hissəsini transferlərə sərf edib.
Maraqlıdır ki, yeni prezident haqda “cibindən pul xərcləmir” kimi müzakirələr getdiyi halda, o, özünü reklam etmədən “Cim Bom”un sıxıntılarını çözür.
Komandanı etdiyi transferlər, baş məşqçi postuna Fatih Terim kimi mütəxəssisi gətirməklə, yay transfer dövrünün çempionu edən Aysal həm maddi, həm də mənəvi baxımdan böyük dəstək verir.
Təsadüfi deyil ki, “Qalatasaray”ın borcları xeyli azalıb. Aysal klubun futbolçulara olan 46 milyon dollar alacaqları üçün əlini cibinə atmaqdan çəkinməyərək, son olaraq onların hesabına 8 milyon köçürüb.

0
0