Türkiyə klubuna “yox” dedi, “Simurq”u seçdi
03.08.2011 - 15:00
“AZAL-la oyunun hazırlığını gündə iki dəfə məşqlə davam etdiririk. Baxışda olan futbolçuları geri qaytardıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Simurq” klubunun idman direktoru Vaqif Əliyev deyib.
Yeni mövsümün ilk turunda AZAL-la qarşılaşacaq “Simurq” doğma meydanda qələbə qazanmaq niyyətindədir. Lakin baş məşqçi məsələsini gec həll edən klub rəhbərliyi heyəti də tam formalaşdıra bilməyib.
Hazırda çexiyalı futbolçu özünü Yurana bəyəndirmək istəyir: “Albaniya oyunçunu yola saldıq. Gürcüstandan da futbolçular gəlmişdilər. Yalnız çexiyalı yarımmüdafiəçi Lastovka hazırda komandanın düşərgəsindədir. “Siqma”nın sabiq futbolçusu barədə yaxın günlərdə qərar veriləcək”.
Bu arada Zaqatala təmsilçisi sabiq futbolçusunu geri qaytarır. Belə ki, bir müddət əvvəl Türkiyə klublarından birinin düşərgəsində baxışda olan Elvin Yunusov yenidən “Simurq”un uğurları üçün tər tökəcək: “Elvini baxışa dəvət etmişik. Böyük ehtimalla onunla müqavilə imzalanacaq. Yunusovun xidmətində Türkiyə klubu da maraqlı idi. Onlar futbolçunu bəyənmişdilər. Ancaq ortaq məxrəcə gələ bilməyiblər”.

0
0