Nadir Nəbiyev baş məşqçinin sözünü yerə saldı
03.08.2011 - 23:01
Azərbaycan yığmasının sabiq hücümçusu Nadir Nəbiyev “Turan” klubunun kapitanı olmaqdan imtina edib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Əsgər Abdullayev sarğını 31 yaşlı hücümçuya vermək istəsə də, futbolçu onun sözünü yerə salıb.
Nəbiyev heç bir səbəb gətirmədən bu məsuliyyətin altına girməyib. Belə olan təqdirdə, Abdullayev sarğını vaxtilə "Neftçi"də Nadirlə çiyin-çiyinə oynamış Aftandil Hacıyevə həvalə edib.
31 yaşlı müdafiəçi "Zootev"lə (Gürcüstan) yoxlama oyununda komandanın kapitanı kimi meydana çıxıb. "Qarabağ"dan transfer edilən Hacıyev çempionat oyunlarında da "Turan"ın lideri funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Hacıyev ötən mövsüm Ağdam təmsilçisinin ehtiyat skamyasında yer alıb. O, cəmi 6 oyunda meydana çıxmaq şansı qazanmışdı.

0
0