Tərcüməçisi Berti Foqtsdan termin “oğurlayıb”
03.08.2011 - 15:31
Azərbaycan yığmasının çalışdırıcısı Berti Foqtsun təcrüməçisi Aydın Rüstəmov məşqçi olmaq fikrindən daşınmır. Apasport.az saytının məlumatına görə, o, AFFA-nın təşkilatçılığı ilə keçiriləcək B kateqoriyalı məşqçi kurslarına yazılacaq.
Əslində, tərcüməçi ötən ildən sənətini dəyişmək istəyirdi. Sadəcə, vaxt azlığı ucbatından bunu həyata keçirə bilməyib.
O, saytımıza açıqlamasında bildirib ki, arzusunu yaxın gələcəkdə reallaşdıracaq: "Məşqçi olmaq mənim ən böyük arzularımdandır. Kurslara yazılmaq istəsəm də, bu, münasib vaxta düşmədi. İnşallah, gələcək seminarlara qatılacağam. Məşqçilik mənim üçün vacib olduğundan digər işlərimi də buna görə quracağam".
Poteansial məşqçi düz 3 ildir ki, Berti Foqtsun tərcüməçisi vəzifəsində çalışır. O, bu müddət ərzində alman mütəxəssisdən çox şey öyrəndiyini etiraf edib: "Mən Berti Foqtsdan bir neçə termin mənimsəmişəm"
Qeyd edək ki, hazırda dünyanın ən güclü məşqçisi sayılan Joze Mourinyo da vaxtilə tərcüməçi çalışıb.

0
0