Aleksandr Səmədov: Azərbaycanla oyunu qeyd etmişəm
03.08.2011 - 16:08
Aleksandr Səmədov: Azərbaycanla oyunu qeyd etmişəm
“2014-cü il dünya çempionatının seçmə mərhələsində püşklə bağlı xəbərlər məndən heç bir emosiya oyatmayıb. Ancaq Rusiyanın Azərbaycanın oynayacağını özüm üçün qeyd etmişəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Moskva “Dinamo”sunun futbolçusu Aleksandr Səmədov deyib.

Milliyətcə azərbaycanlı olan 27 yaşlı yarımmüdafiəçi vaxtilə yığmamızın düşərgəsində olsa da, sonradan komandamızda oynamaqdan imtina etdi: “Mən bu mövzu ilə bağlı çoxdandır fikrimi bildirmişəm. Buna heç nə əlavə edə bilmərəm, artıq son söz mənim deyil. Mən “Dinamo”da oynayıram və ən yaxşısını etməyə çalışıram. Yığma mövzusu isə... Orda oynamağı arzulayıram, yoxsa artıq arzulamıram? Özümü millinin formasında təsəvvür edirəmmi? Bu sualları necə cavablandırmağı bilmirəm. Mən asılı oldu, olmadı, əlbəttə, yığmaya çağırılmağa layiq olduğumu sübut etməliyəm. Ancaq görünür, bunu daha yaxşı etmək lazımdır”.

Rusiyanın ikinci yığma komandasının baş məşqçisi Yuri Krasnojan Aleksandrı dəvət etməyi ilə bağlı söhbətləşsə də, sonda soydaşımız heyətdə yer almayıb. Səmədov rusiyalı mütəxəssisə ona diqqət yetirdiyinə görə minnətdarlıq edib: “Bizim həqiqətən də bu mövzu ilə bağlı aramızda çox normal söhbət olub. Mən vəziyyətlə bağlı baxışım haqda ona danışdım. Krasnojan bunu anlayışla qarşıladı və buna görə ona minnətdaram”.