Mehman Allahverdiyev: Sanki məndən başqa məşqçi yoxdur
03.08.2011 - 16:31
“Şayiələr gəzirdi ki, komandamız çempionatda iştirak etməyəcək. Bunları eşində, bizə də çox pis təsir eləmişdi. Ancaq Gəncə Regional Futbol Federasiyasının sədri Xanlar Fətiyev bunların həqiqətəuyğun olmadığı ilə bağlı açıqlama verdi”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Kəpəz” klubunun baş məşqçisi Mehman Allahverdiyev deyib.
Bu il uzun fasilədən sonra futbola qayıdan təcrübəli mütəxəssis doğma komandasındakı maliyyə problemləri haqda deyilənlərdən narahat olub. Allahverdiyevin sözlərinə görə, hazırda belə çətinlik yoxdur: “Xanlar müəllim əlindən gələni edir. O, bəyan etdi ki, “Kəpəz” yaşamalıdır, yaşayacaq da. Düzdür, komandanı xaricə təlim-məşq toplanışına apara bilmədik. Çünki komandanı komplektləşdirə bilməmişdik və futbolçular hələ də hazırlıq müddətində gəlib, yoxlanışdan keçirlər. Təlim-məşq toplanışında bunlarla yanaşı, yoxlama oyunları da çox olurdu. Ancaq biz komandanı komplektləşmədiyinə görə az futbolçu ilə xaricə getməyi məqsədəuyğun saymadıq. Düzdür, çətinliklər olsa da, onları ilk tura kimi aradan qaldırmağa çalışacağıq”.
Bır sıra futbolçuları baxışdan keçirən Allahverdiyevin Qəbələdə 2-ci yeri tutduqları “Jalə” Beynəlxalq Futbol Turnirin qalibi olan Gürcüstanın “Dila” klubunun futbolçusu David Çaqelişvili xoşuna gəlib. Sadəcə, gürcü hücumçunun klubla müqaviləsi məsələsini həll etmək lazımdır: “Yeni futbolçularımızdan Yuri Fomenko ümidləri doğruldur. Ukraynalı hücumçunu saxlamağa qərar vermişik. Valeri Radçenkonun özü də hücumçudur. Ancaq biz onu yarımmüdafiəçi kimi istifadə edirik. Çünki bizdə sol, sağ cinah yarımmüdafiəçiləri olmadığına Radçenkonu orada məcburiyyətdən oynadırıq. Hücumçulara gəlincə, məgər keçən mövsüm bu mövqedə neçəsi var idi? Onda da hücumçular az idi”.
Bu yay “Kəpəz” adını qaytaran Gəncə təmsilçisi bir sıra futbolçularla yollarını ayırdı. Onlar arasında ötən mövsüm gələn bosniyalı qapıçı Edis Kurtanoviçlə vaxtilə milli komandamızda da oynamış sol cinah yarımmüdafiəçisi Vüsal Hüseynov da oldu: “Vüsal gəncəli futbolçu olsa da, müqaviləsi başa çatdı və heç bir söhbətimiz olmadı. Kurtanoviçdən üstün qapıçımız var. Bu, yeni gələn təcrübəli Elşən Poladovdur. Ona görə də bu səbəbdən Kurtanoviçlə yollarımızı ayırdıq. Başqa qapıçılarımız da var və çempionat başlayana kimi əsas heyətimiz də müəyyənləşəcək. Yalnız “altılıq” uğrunda mübarizə aparacağıq. Yeni futbolçular dəvət etmişik və komanda komplektləşəndən sonra hər şey qaydasına düşəcək. Biz ora düşmək gücünü özümüzdə hiss edirik”.
Bu arada erməni saytlarında “Kəpəz” haqda xoşagəlməz informasiyalar yayıldı. Guya kimi, Allahverdiyev Rusiyaya səfəri zamanı Armavir “Torpedo”sunda bəyəndiyi futbolçular milliyətcə erməni olduğundan, geri qaytarılıblar. 51 yaşlı çalışdırıcı bunları iftira sayır: “Bunlar boş-boş, yalan söhbətlədir. Camaat dəli deyil ki, gedib erməni futbolçu gətirsin. Bu, “Kəpəz”i istəməyən insanların buraxdığı şayiələrdir. Armavirdə bəyəndiyimiz futbolçular ruslar idi. Milli Təhlükəsizlik Nazirliyi var. Onlar gəlsəydi, həbs olunardılar. Bunlar “Kəpəz”i və yaxud məni istəməyən insanların işidir”.
Görəsən, Allahverdiyevin düşmənləri kimdir? “Bilirsiniz, həyatdır da. Elə bil ki, məndən başqa məşqçi yoxdur, hər yerdə məndən yazırlar. Guya ki, “Simurq”la yoxlama oyununu proqnoza görə uduzmuşuq. Mən bunu deyə bilərəm ki, bunlar hamısı məqsədli, sifarişli yazılardır”.
Qeyd edək ki, “Kəpəz” indiyə kimi 3 dəfə ölkə çempionluğu, 4 dəfə ölkə kuboku qazanıb. Bunların hamısını komandaya qazandıran Allahverdiyev ən təcrübəli mütəxəssislərimizdəndir.
Mehman SÜLEYMANOV

0
0