Azarkeşlər federasiya binasına hücum etdilər
03.08.2011 - 22:05
İsraildə Petax-Tikva şəhərini təmsil edən “Hapoel” klubunun azarkeşləri ölkə futbol federasiyasının binasına hücum çəkiblər. Apasport.az saytının xəbərinə görə, onlar sevimli komandalarının aşağı liqaya göndərilməsinə etiraz ediblər. Federasiya yaranmış borclar üzündən Petax-Tikva təmsilçisini yüksək liqadan uzaqlaşdırıb. Amma bu amil “Hapoel”in fanatlarını qane etməyib və onların bu addımı asayiş keşikçiləri tərəfindən güc yolu ilə dayandırılıb.
Qeyd edək ki, federasiyanın qərarına əsasən, İsrail çempionatında “Hapoel”i Kfar-Sav şəhərinin eyniadlı klubu əvəz edəcək.
Qeyd edək ki, federasiyanın qərarına əsasən, İsrail çempionatında “Hapoel”i Kfar-Sav şəhərinin eyniadlı klubu əvəz edəcək.
- Messi bu il də MLS Ulduzlar oyununu buraxacaq – Cəza tətbiq olunmayacaq
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi
- Mourinyonun "toxunulmaz" oyunçuları – Arda Gülər də siyahıda
- Fabianski karyerasını başa vurdu – Polşalı qapıçı futbolla vidalaşdı
0
0