İstilər futbolçunun həyatını təhlükəyə qoyub
03.08.2011 - 22:30
Yaponiya yığmasının keçmiş üzvü Naoki Matsuda hələ də ağır vəziyyətdədir. Apasport.az saytının xəbərinə görə, “Yokohama”nın şərəfini qoruyan futbolçu məşqin ortasında huşunu itirib.
Nəticədə təcili xəstəxanaya yerləşdirilən müdafiəçi süni nəfəs aparatına qoşulub. Komandanın baş məşqçisi oyunçun vəziyyətin yaxşı olmadığını bildirib. Həkimlər güclü istilər nəticəsində futbolçunun ürəkçatışmazlığından huşunu itirdiyini bildiriblər.
40 dəfə Yaponiya yığmasının heyətində meydana çıxan Matsuda “Yokohama” ilə 3 dəfə ölkə çempionu titulunu qazanıb.

0
0