Millinin futbolçusu 2 ay oynamayacaq
03.08.2011 - 23:07
Millinin futbolçusu 2 ay oynamayacaq
“Hoffenheim”in bosniyalı hücumçusu Vedad İbişeviç ən azı iki ay yaşıl meydanlardan uzaq qalacaq. Apasport.az saytının xəbərinə görə, buna səbəb isə 29 yaşlı bosniyalı futbolçunun məşq zamanı baldır nahiyəsindən zədə almasıdır. Artıq onun komandasının Bundesliqanın 2011/12 mövsümünün ilk turlarında iştirak etməyəcəyi dəqiqləşib.

Xatırladaq ki, Bosniya və Herseqovina yığmasının da formasını geyinən İbişeviç “Hoffenheim”ə 2007-ci ildə “Alemmaniya”dan transfer olunub. O, Bundesliqanın 2008/09 mövsümünün birinci dövrəsində 18 qol vursa da, sonradan dizindən ciddi zədə alaraq mövsümün sonuna qədər sıradan çıxmışdı. Ötən mövsüm isə İbişeviç Bundesliqada
31 qarşılaşmada 8 dəfə fərqlənib.