Məşhur sima 6-cı divizion klubunda
03.08.2011 - 23:11
Məşhur sima 6-cı divizion klubunda
Keçmiş SSRİ yığmasının futbolçusu olmuş Sergey Aleynikov məşqçilik fəaliyyətini bərpa edəcək. Apasport.az saytının xəbərinə görə, belaruslu mütəxəssis İtaliyanın həvəskar klubu “Kras”a baş məşqçisi təyin olunub.

Monrupino qəsəbəsini təmsil edən komanda ötən mövsümün yekunlarına görə 6-cı diviziona düşüb. “Kras”ın heyətində Aleynikovun oğlu Artur da çıxış edəcək.

Qeyd edək ki, ampluaca yarımmüdafiəçi olan 20 yaşlı kiçik Aleynikov Leççenin universitet komandasında oynayıb.