“Əsas odur ki, komandam yaxşı oynasın”
03.08.2011 - 22:18
Avroliqanın III təsnifat mərhələsi çərçivəsində sabah "Qarabağ"ın qonağı olacaq "Brügge" klubunun baş məşqçisi Adri Koster bu gün oyunöncəsi mətbuat konfransı keçirib. Apasport.az saytının xəbərinə görə, Koster sabahkı oyunla bağlı fikirlərini bildirib.
"Təəssüratlarım əladır. Ancaq hava şəraiti heç də əlverişli deyil. Sabah bizim üçün çətin olsa da, hesabı qorumağa çalışacağıq. Rəşadın yaxşı oyunçu olduğunu bilirəm. Çünki onun "Streymur"la oyununu izləmişdim. "Qarabağ" yaxşı komandadır. Bakıdakı oyun tam fərqli olacaq. Çünki rəqib azarkeşlər önündə oynamaq elə də asan deyil” – deyə, Koster əlavə edib.
O, həmçinin vurğulayıb ki, komandası müdafiədə oturmayacaq: “Anti futbol göstərməyəcəyik. Əks təqdidə bizim üçün çətin olar. Sabahkı oyunda da qol vurmağa çalışacağıq. Mənim üçün əsas mərhələni keçməkdir. Nəticə o qədər də vacib deyil. Əsas odur ki, komandam yaxşı oynasın”.

0
0