Branimir Subaşiç Bakıya müqavilə bağlamağa gəlir
03.08.2011 - 23:10
"İnter" heyətinə yeni futbolçu qatıb. Apasport.az saytının xəbərinə görə, "Bank klubu" slovak müdafiəçi Peter Xrappanla birillik müddətə müqavilə imzalayıb.
2006-cı ilədək vətənində çıxış edən Xrappan daha sonra Avstriyanın "Stadlau" klubunda forma geyinib. 26 yaşlı müdafiəçinin son klubu Avstriya "Mattersburq"u olub.
Qeyd edək ki, bu, "İnter"in yayda transfer etdiyi ilk əcnəbi oyunçu olub. "Bankirlər" bundan əvvəl Samir Zərgərov, Asif Məmmədov, Ruslan Poladov və Xəyal Mustafayevi heyətinə qatmışdı.
Paytaxt klubu tezliklə daha bir transferi gerçəkləşdirə bilər. Belə ki, Robertas Poşkusun gedişindən sonra hücumçu problemi ilə üzləşən "İnter" axtarışlarını davam etdirir. Təlim-məşq toplanışı dövründə istədiyi ön xətt oyunçusunu tapa bilməyən "bankirlər" problemi yerli bazarın hesabına, daşa doğrusu, milliləşdirilmiş oyunçunun hesabına həll etmək istəyir.
"İnter" yenidən Branimir Subaşiçlə danışıqlara başlayıb. Mövsüm başa çatandan sonra "Qəbələ"dən ayrılan serb əsilli hücumçu "İnter"lə danışıqlar aparırdı. Hətta "İnter"in prezidenti Georgi Nikolov da onunla maraqlandıqlarını bildirmişdi. Lakin tərəflər maliyyə məsələlərində anlaşa bilmədiyi üçün transfer baş tutmamışdı.
Məlumata görə, "İnter" yenidən Subaşiçlə danışıqlara başlayıb və bu dəfə tərəflər bir-birinə güzəşt edib. Onun yaxın günlərdə Bakıya gəlib müqavilə imzalaması gözlənilir.

0
0