Türkiyədə şok istefa
03.08.2011 - 23:20
Türkiyə superliqasında gözlənilməz istefa reallaşıb. Apasport.az saytının xəbərinə görə, "Manisaspor"un baş məşqçisi Hikmet Karaman klubdan ayrılıb.
Türkiyə mediasının iddiasına əsasən, baş məşqçi klubdaxili problemlərə görə postunu tərk edib. Belə ki, baş məşqçi yeni mövsüm üçün rəhbərliklə anlaşa bilməyib və köməkçiləri ilə birlikdə istefa verib. "Manisaspor"un baş meneceri Öner Karalar istefa xəbərini təsdiqləyib: "Qarşılıqlı anlaşma şəraitində yollarımız ayrıldı. Artıq yeni baş məşqçi axtarışına başlamışıq".

0
0